https://news.day.az/azerinews/972467.html "Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının tədarükü üçün qaz qovşağı ola bilər" Day.Az представляет новость на азербайджанском языке Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının Avropaya tədarükü üçün qaz qovşağı ola bilər. Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bolqarıstan mətbuatına müsahibəsində Azərbaycanın Sofiyadakı səfiri Nərgiz Qurbanova deyib.

"Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının tədarükü üçün qaz qovşağı ola bilər"

Azərbaycanca, 29 января 2018 13:30 (UTC +04:00) 772
"Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının tədarükü üçün qaz qovşağı ola bilər"

Day.Az представляет новость на азербайджанском языке

Bolqarıstan Azərbaycanın enerji ehtiyatlarının Avropaya tədarükü üçün qaz qovşağı ola bilər.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bolqarıstan mətbuatına müsahibəsində Azərbaycanın Sofiyadakı səfiri Nərgiz Qurbanova deyib.

Səfir deyib ki, 2020-ci ildən başlayaraq Azərbaycandan Bolqarıstana 1 milyard kubmetr qaz tədarük olunacaq: "Bu onu ifadə edir ki, Bolqarıstanda 1 milyona yaxın ev təsərrüfatı qazla təmin olunacaq".

N.Qurbanova onu da qeyd edib ki, Azərbaycan qazı Bolqarıstana "Cənub qaz dəhlizi" ilə birləşəcək IGB (Yunanıstan-Bolqarıstan interkonnektoru) vasitəsilə tədarük olunacaq.

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti SOCAR-la "Şahdəniz-2" yatağından ildə bir milyard kubmetr qazın tədarük olunması barədə müqavilə imzalayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости