https://news.day.az/azerinews_politics/1284841.html AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək

Siyasət, 29 октября 2020 18:46 (UTC +04:00) 742
AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilir:

2-ci hissəyə "dövlət orqanlarının," sözlərindən sonra "Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin," sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilir:

"2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri);".

Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilir:

"4-1. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri.".

5.3-cü bəndə "işçiləri" sözündən sonra "və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri" sözləri əlavə edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости