https://news.day.az/azerinews_politics/1485846.html Prezident İlham Əliyev: Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək

Prezident İlham Əliyev: Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək

Siyasət, 9 августа 2022 16:45 (UTC +04:00) 1 747
Prezident İlham Əliyev: Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək

İlk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə olunmuş Qələbə idman yarışlarında da özünü əks etdirəcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşündə bildirib.

Azərbaycan idmançılarını ürəkdən salamlayan və onlara uğurlar arzulayan dövlətimizin başçısı deyib: "Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости