Aktauda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər kitabı təqdim olunub – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu və Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Azərbaycan Milli Mədənu Mərkəzi tərəfindən həmyerlimiz, 1980-ci illərdən Qazaxıstanda yaşayan şair Rövşən Həsənlinin (Rövşən Qurban oğlu Həsənov) ulu öndər Heydər Əliyevə həsr etdiyi və Baş konsulluq tərəfindən reallaşdırıldığı "Qazaxıstanda yaşayan görkəmli azərbaycanlılar" silsiləsindən olan "Vətən sevgisi" şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.
 

Day.Azın Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun mətbuat xidmətinin məlumatına istinadən verdiyi məlumata əsasən, Qazaxıstanın Aktau şəhərində yaşayan çoxsaylı soydaşlarımızın, vilayətin tanınmış ziyalıları, müharibə və əmək veteranları, vilayətdə fəaliyyət göstərən digər diasporaların üzvləri, qəzet və televiziya nümayəndələri iştirakı ilə keçirilmiş tədbirdə Baş konsul Rəşad Məmmədov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri qarşısında qoyduğu, ölkəmizin mədəniyyətinin təbliği, incəsənətimizin yayılması ilə baglı mühim işlərin görülməsi kimi vacib və əhəmiyyətli məsələlərdən irəli gələrək qürbətdə yaşayan şair Rövşən Həsənlinin növbəti kitabının çap edildiyini bildirdi.
 

Baş konsul R.Məmmədov şair Rövşən Həsənlinin doğma yurda, vətənə sevgi, torpağa məhəbbət, saf vətəndaşlıq hisləri ilə dolu şeirləri, qürbətdə yaşayan insanın vətən haqqında nigarançılığının, narahatlığından bəhs edən "Vətən sevgisi" kitabı haqqında görüş iştirakçılarına ətraflı məlumat verdi. Şair Rövşən Həsənli diasporamızın tədbirlərində fəal iştirakı, soydaşlarımızın ruhlandırılması kimi əhəmiyyətli fəaliyyətinə görə Baş konsulluq tərəfindən fəxri fərmanla təltif olundu.
 

Sonra Aktauda fəaliyyət göstərən "Dostluq" Azərbaycan Milli Mədənu Mərkəzinin sədri, şairin yeni çapdan çıxmış kitabının önsüzünün müəllifi Vaqif Nəbiyev çıxış edərək şair Rövşən Həsənlinin yaradıcılığıdan tədbir iştirkçlana ətraflı məluma verdi.
 

Şair Rövşən Həsənli "Vətən sevgisi" kitabının ərsəyə gəlməsinə görə Baş konsulluğa öz təşəkkürünü bildirərək, bundan sonra da xalqının, millətinin, dövlətinin rifahı naminə əlindən gələni əsirgəməyəcəyini və bu kitabın məhz ülu öndər Heydər Əliyevin xatirəsinə həsr etdiyini bildirdi.
 

Daha sonra şair Rövşən Həsənli "Vətən sevgisi" kitabında nəşr edilmiş şeirlərdən tədbir iştirakçılarına oxumuş, Aktauda fəaliyyət göstərən "Qarabağ" musiqi ansamblının ifasında Azərbaycan musiqiləri dinlənilmişdir. Şairin "Vətən sevgisi" kitabının nüsxələri tədbir iştirakçıları arasında hədiyyə olaraq paylanılmışdır.

Böyütmək üçün şəkillərə klikləyin: