Rəqsanə özü barədə ciddi ittihama cavab verib

Day.Az представляет новость на азербайджанском языке.

Hazırda Moskvada olan və mətbuata açıqladığı layihələrin həllinə çalışan sənətçi adının arzulamadığı mövzularda hallandırılmasından narahatdır. Xatırladaq ki, Z.Abdullayeva eyni zamanda bunları söyləyib: ""İnternetdə onun canlı çıxışlarına baxmışam. Oxuya bilmir, sənəti yoxdur. Amma insan kimi çox yaxşıdır".

Milli.Az-ın məlumatına görə, R.İsmayılova isə öz növbəsində bildirir ki, sənəti, səsi olmayan müğənninin ayın 20 günü nüfuzlu insanların məclislərində oxuması mümkünsüzdür.

"Səsim olmasa, yüzlərlə insanın qarşısında canlı necə oxuya bilirəm? Təklif aldığım məclislərdə səhnəni dünya ulduzları ilə paylaşıram. Heç bir vaxt da oxumaq, repertuar problemim olmayıb. Amma efirə çıxıb Rəqsanəni bəyənmədiklərini söyləyənlərin birini belə bir məclisdə görə bilmirəm. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Moskva toylarında xanımlardan daha çox tələb olunan mən və Könül Kərimova, kişilərdən isə Elton və Xəyyam Nisanovdur. Həmkarlarım da mənim toy oxumaq bacarığıma bələddirlər. Əksər toylarda mənim mahnılarımı oxuyan sənətçilər efirə çıxanda adımı tənqid obyektinə çevirirlər. Mən bu haqsızlıqlara qarşı mübarizə aparmalıyam", - deyən Rəqsanə, əslində, belə mövzularda danışmağın ona xoş olmadığını dilə gətirir.

"Bu gün mənə ailəm, Türkiyədə görülən sənət işlərim maraqlıdır. Yerli şou-biznesi izləməyə vaxtım belə olmur. Olsa belə, qalmaqal yaradıb, kimisə tənqid ünvanı seçmərəm. Amma mənim adımı hallandırırlar. Qəribədir ki, üzbəsurət olanda üzümdən öpüb, tərif yağdıran biriləri, sözünü efirdən deyir. Zöhrə xanıma gəlincə, onu da qeyd edim ki, Hacı xanım kimi ona hörmətim sonsuzdur. Repertuarında segahı eşidəndə, zövqlə dinləyirəm. Mənə onun haqqında sual versələr, bax, bunları deyərəm". Qadının qadın tərəfindən heç nədən tənqid olunmasını birmənalı qəbul etmirəm", - deyə sənətçi bildirdi.