Eldar Mahmudov haqqında tükürpədici faktlar

Day.Az представляет новость на азербайджанском языке

Sabiq nazir Sədərək və Binə Ticarət Mərkəzlərindəki sahibkarları necə talayıb?

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında şok məlumat daxil olub. İllər uzunu sahibkarlara qan udduran E.Mahmudov və ətrafındakı komandanın qanunsuzluğu ilə bağlı saytımıza müraciət edən mənbə, keçmiş nazirin 6 sahibkara necə divan tutması ilə bağlı maraqlı faktlar açıqlayıb.

Mənbə Sədərək və Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan 6 şəxsin E.Mahmudovun təşəbbüsü ilə qanunsuz yerə həbs edildiyi, onların hər birindən 50-100 min manat məbləğində pul alındıqdan sonra azad edildiyini bildirib:

"Sədərək və Binə Ticarət Mərkəzi Eldar Mahmudov və komandasının daimi "oylaq yerlərindən" biri olub. Sözügedən ticarət mərkəzlərində çox az adam tapmaq olar ki, sabiq nazirin qanunsuzluğunun qurbanı olmasın. Bu şəxslərdən altısının üzləşdiyi qanunsuzluq isə öz miqyası və amansızlığı ilə daha çox diqqət çəkir".

6 sahibkar Sədərəkdən MTN zirzəmisinə necə düşdü?

Mənbənin sözlərinə görə, Sədərək və Binə Ticarət Mərkəzlərində çalışan sahibkarlardan 6-sı hələ 2014-cü ildə E.Mahmudovun zavalına gəlib və işə gəldikdən bir neçə saat sonra özlərini MTN-nin zirzəmisində görüblər:

"2014-cü ildə Sədərək və Binə Ticarət Mərkəzlərində çalışan 6 sahibkar birdən-birə MTN əməkdaşları tərəfindən həsb edilərək MTN-nin zirzəmisinə gətirildi. Bu şəxslər Babayev Balaşirin Ağaşirin oğlu, Əliyev Elvar Layiq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Əhmədov Elman Mustafa oğlu, Cəfərov Etibar Vahid oğlu, Teymurov Natiq Şahmar oğlu idi. Onlara qarşı bir neçə maddə irəli sürüldü ki, bunlardan da biri qaçaqmalçılıq idi. Sahibkarlar ilk əvvəl bunun bir anlaşılmazlıq olduğunu güman edərək bütün qanuni tələblərə riayyət etdiklərini, satdıqları hər bir məhsulun əlaqədar dövlət qurumunda qeydiyyata alındığını bildirdi və bunu təsdiq edən sənədləri MTN əməkdaşlarına təqdim etdi. Lakin qısa zamandan sonra bəlli oldu ki, əslində sahibkarları MTN-ə gətirilməsində yeganə məqsəd onların uzun illər ərzində min bir zəhmətlə qazandıqları pulu əllərindən almaqdır".

"Eldar Mahmudovdan "azadlıq resepti" - adambaşına 100 min"

Mənbənin sözlərinə görə, MTN zirzəmisində sahibkarlara elan edilir ki, onlar azadlıqlarını təmin etmək üçün 50-100 min manat məbləğində pul ödəməlidirlər:

"MTN əməkdaşları bildirir ki, əgər bu pul qısa müddər ərzində ödənməzsə, o zaman həmin şəxslər ən ağır maddələrlə təqsirləndirilərək uzunmüddətli həbsə məruz qalacaqdır.

E.Mahmudovun komandası 6 sahibkarın saxlanmasına hüquqi don geyindirmək və pul verməyəcəkləri təqdirdə onların həbsini reallaşdırmaq məqsədi ilə bu şəxslərin Qaradağ Rayon Məhkəməsinə çıxarılmasına da nail olur. 3 ay müddətində MTN zirzəmisində qalan sahibkarlar burada fiziki-mənəvi işgəncələrə, təhqir və zorakılığa məruz qalır. Vəziyyətdən çıxış yolu tapa bilməyən, haqq səslərini heç hara çatdıra bilməyən sahibkarların hər biri sonda tələb olunan pulu ödəməyə razı olur. Yalnız bundan sonra həmin sahibkarlar azad edilir və onlara "artıq-əskik danışmamaqla" bağlı göstəriş verilir. Bildirilir ki, kimsə onlardan pul alınması ilə bağlı nə isə danışsa, o zaman həmişəlik olaraq MTN zirzəmisinin "qonağı" olacaq".

"Pulumuzu qaytarın, zərərimizi kompensasiya edin!"

Məlumatlı mənbə E.Mahmudovun həbsindən sonra sözügedən sahibkarların MTN generallarınn cinayətini araşdıran istintaq qrupuna ifadə verməyə hazırlaşdığını bildirib:

"MTN-də həyata keçirilən həbslərdən sonra yüzlələr sahibkar kimi adıçəkilən 6 sahibkar da, istintaq qrupuna müraciət edərək 2014-cü ildə onlardan alnan vəsaitin geri qaytarılmasını tələb etməyə hazırlaşır. Sahibkarlar bununla yanaşı 3 ay ərzində MTN zirzəmisində məruz qaldıqları fiziki-mənəvi işgəncələr, həbsdə olduqlari üçün biznes fəaliyyəti ilə məşğul ola bilmədikləri üçün üzləşdikləri maddi itkilərə görə də kompensasiya tələb edirlər. Sahibkarlar ümid edir ki, onların müraciəti ciddi şəkildə araşdırılacaq və onlardan alınan pulların geri qaytarılması təmin olunacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz

moderator.az