Qripdən tez qurtulmaq üçün

Day.Az представляет новость на азербайджанском языке

Yay bitdikdən sonra bir çox xəstəliklər, xüsusən də qriplə mübarizə insanları narahat edən əsas problemlərdən biridir. Aile.lent.az qrip virusu ilə mübarizə aparmağın yollarını araşdırıb.

Mövsümlər arası dövr immunitet sistemi zəif olan insanlara mənfi təsir edir. Bununla yanaşı, yay tətilindən sonra şəhərə qayıtmaq, məktəblərin açılması kimi bir çox səbəblərdən toplu həyatın artmasıyla birlikdə qrip virusu yenidən dörd bir yanımızı əhatə edir. Viruslardan qorunmaq üçün əvvəlcə qripə yoluxmuş insanlardan 1,5 metrdən uzaq durun. Ofis, məktəb, xəstəxana, fabrik kimi izdihamlı, iç-içə olan məkanlarda apteklərdə satılan infeksiya əleyhinə məhlullarla əllər, ümumi istifadə olunan telefon, klaviatura, stol kimi bir çox əşyaları da təmizləmək lazımdır.

Qapalı məkanların havasını tez-tez dəyişmək vacibdir. Qrip virusu riski immunitet sistemi güclü olan insanlar üçün aşağıdır. Güclü immunitet sistemi üçün nizamlı qidalanma və yuxu, aktiv yaşam tərzi, çirklilikdən qorunmaq, stress və siqaretdən uzaq durmaq məsləhət görülür.

Viruslardan qorunmağın təbii yolları

Soyuqdəymə və qrip dərmanları ağrı, qızdırma, burun tutulması, öskürək kimi şikayətlərə səbəb ola bilər. Lakin qrip tamamilə müalicə edilmir. Bol maye qəbulu, duzlu su ilə ağız və burun qarqarası, nanə-limon və ya itburnu, çökə yarpağı, çobanyastığı çayları kimi evdə asanlıqla tətbiq oluna biləcək üsullardan istifadə edə bilərsiniz. Bununla yanaşı, immunitet sistemini gücləndirmək, viruslarla mübarizə aparmaq üçün aerozol (biorezonans) üsulundan da yararlana bilərsiniz.

İsti duş alın və nanəli su buxarını içinizə çəkin

Evdə qaldığınız müddətdə gündə 1-2 dəfə buxarı çox olan isti duş qəbul edin, kasanı isti su ilə doldurub içinizə çəkin. Həmin suya nanə qatsanız, rahatlandırıcı təsirini hiss edəcəksiniz. Öskürəyinizi azaltmaq üçün 2-3 damcı kəklikotu yağına 1 kəsmə qənd əlavə edib udun. Bir çay qaşığı zəncəfil, sarıkök və darçını bir yemək qaşığı balla qarışdıraraq məcun halına gətirin və 8 saat ara verməklə gündə 3 dəfə qəbul edin.

Qızdırmanız qalxan zaman

Əgər şikayətlərinizə 38 dərəcədən yuxarı qızdırma da əlavə edilibsə, bir stəkan ilıq suya bir limon suyu sıxın. Həmin suya dəsmal batırıb ayaqlarınıza da sürtə bilərsiniz. Qızdırma salan dərmanlar qızdırmanı 1-1,5 dərəcə C salır, ilq su isə 2 dərəcə C-dək. Əgər qızdırmanız uzun müddət keçməsə, həkimə müraciət edin.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.