https://news.day.az/azerinews/793910.html Sürücülər sərnişinləri aldadırlar - Reyd keçirildi - VİDEO

Sürücülər sərnişinləri aldadırlar - Reyd keçirildi - VİDEO

Azərbaycanca, 21 июня 2016 19:33 (UTC +04:00) 1 133
Sürücülər sərnişinləri aldadırlar - Reyd keçirildi

Day.Az представляет новость на азербайджанском языке

Biləsuvardan Bakıya gedən hər bir sərnişindən yol pulu olaraq 5 manat alınır ki, bu da Tarif Şurası tərəfindən nəzərdə tutulan miqdardan 2 manat 10 qəpik çoxdur.

Əksər hallarda isə sürücülər bunu avtovağzal rəsmilərindən gizlətmək üçün biletdən belə istifadə etmirlər. Maraqlıdır ki, sərnişinlərin əksəriyyəti qiymətlərin uzun müddətdir ki, süni şəkildə şişirdilməsindən xəbərsiz olublar.

Day.Az Region TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, onlar 5 manatın standart qiymət olduğunu biliblər: "Amma ki hal-hazırda deyilən məlumatlara görə, standart qiymət 3 manatdır".

Eyni vəziyyət Biləsuvardan digər cənub rayonları istiqmətində sərnişin daşımada da müşahidə olunub.

Bundan narazılıq edən sakinlər hər iki tərəfdən biletin olmasının daha doğru olduğunu dilə gətiriblər: "Yaxşı olardı ki, həm bu tərəfdən həm də o tərəfdən biletlər olardı. Biz də işimizi bilərdik".

Bir neçə vətəndaşın müraciəti əsasında reyd keçirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları mövcud neqativ halları araşdıraraq müvafiq tədbirlər görüblər: "Qanunlara uyğun olaraq bilet satışı həyata keçirildi. Vətəndaşlar biletlə təmin olundu. Bundan sonra hər bir vətəndaş Biləsuvardan Bakıya hərəkət etdiyi zaman burdan bilet alıb hərəkət etməlidirlər".

Ümumilikdə süni qiymət artımı ilə bağlı aparılan reydlər zamanı 6 sürücü barəsində inzibati protokol tətbiq olunub. Anoloji tədbirlərin digər rayonlarda da tətbiq olunması gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülər sərnişinləri aldadırlar

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости