https://news.day.az/azerinews/908257.html RMDM-də böyrək transplantasiyası uğurla həyata keçirilib

RMDM-də böyrək transplantasiyası uğurla həyata keçirilib

Azərbaycanca, 21 июня 2017 16:15 (UTC +04:00) 3 872
RMDM-də böyrək transplantasiyası uğurla həyata keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində böyrək transplantasiyası uğurla həyata keçirilib.

Day.Az bildirir ki, Xroniki böyrək xəstəliyindən əziyyət çəkən vətəndaşa qardaşının böyrəyi köçürülüb. Mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev bu barədə məlumat verib: "Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi bir şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür."

Qeyd edək ki, aprel ayında yaradılan "Böyrək Xəstəlikləri və Transplantasiya" Mərkəzində urologiyanın və nefrologiyanın bütün sahələri üzrə xidmət göstərilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости