Məşhur aktrisa xəstəxanalıq oldu

Day.Az представляет новость на азербайджанском языке.


Aktrisa Məltəm Cümbulun teatr tamaşası üçün getdiyi Kiprdə vəziyyəti ağırlaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatna görə, aktrisa 13-cü Kipr Teatr Festivalı çərçivəsində səhnəyə qoyulacaq "Göl kıyısı" tamaşasında iştirak edəcəkdi. Girnədə Səudiyə Ərəbistanı üzərindən gələn toz dumanı səbəbindən onun halı pisləşib.

Xəstəxanaya çatdırılan M.Cumbulun astma xəstəliyi güclənib. İstanbula qaytarılan aktrisanın ardından tamaşada rol alacaq digər aktrisa Seren Şirince də eyni şikayətlə xəstəxanaya gedib. Lakin istəyi fayda verməyib.