https://news.day.az/society/606657.html Qazaxıstan-Azərbaycan aviareyslərinin qiyməti qalxır

Qazaxıstan-Azərbaycan aviareyslərinin qiyməti qalxır

Общество, 21 августа 2015 23:01 (UTC +04:00) 1 662
Qazaxıstan-Azərbaycan aviareyslərinin qiyməti qalxır Day.Az представляет новость на азербайджанском языке.

"Air Astana" aviaşirkəti Qazaxıstanın milli valyutası tengenin devalvasiya ilə əlaqədar biletlərin qiymətini qaldırır.

"Qafqazinfo" xəbər verir ki, "Air Astana"dan "Report"a verilən məlumata görə, milli valyutanın üzən məzənnəyə keçməsi ilə əlaqədar avqustun 22-dən etibarən beynəlxalq reyslərin tarifləri 25%-dən başlayaraq artacaq.
 

"Bildiyiniz kimi, dünya aviasənayesi bütün əməliyyatları əsasən ABŞ dolları ilə həyata keçirir. "Air Astana" da gəlirinin əsas hissəsini tengedə aldığından şirkət öz dollar öhdəliklərini ödəmək üçün tarifləri artırmaq məcburiyyətindədir", - şirkətdən qeyd ediblər.
 

"Air Astana"dan bildiriblər ki, bu qiymət artımı tam olaraq şirkətin xərclərini ödəməyəcək, bu səbəbdən digər müvafiq ölçülər də götürüləcək.

Qeyd edək ki, "Air Astana" Astana və Almatı şəhərlərindən Bakıya mütəmadi aviareyslər həyata keçirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости