Volkswagen ID.6 elektromobili Auto Eko - 2023 sərgisində böyük marağa səbəb oldu!

12 - 14 mart tarixlərində Bakıda Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ilk dəfə olaraq elektromobillərin sərgisi keçirilmişdir.

Sərgi zamanı Volkswagen Azərbaycan şirkətinin təqdim etdiyi Volkswagen ID.6 elektromobili sərgi iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Seqmentinin sevilən elektromobili hesab olunan, 3 sıra və 7 nəfərlik sərnişin tutumuna malik bu avtomobil çevik manevr imkanlarına malik olmaqla yanaşı, eyni zamanda komfortu, eksluziv dizaynı ilə avtomobil sevərlərin dərin rəğbətini qazanmışdır.

Xüsusi zövqlə dizayn edilmiş eksteryerin avtomobilə özəl bir görünüş verməsi istehlakçıların bu avtomobilə olan marağını əhəmiyyətli dərəcədə artırmışdır.

ID.6 modeli 50 km / saat-lıq sürəti 2.6 saniyə ərzində təmin edə bilir.

83 KW-lıq, 204 at gücü olan mühərriklə, sürücülər 612 km - dək yürüş məsafəsini rahatlıqla qət edə bilərlər.

Avtomobil öz zəngin təchizatı ilə fərqlənir.

Bu modelin satış qiyməti 81 900 AZN - dir. Elektromobili ilkin 20% ödəniş əsasında, illik 10% - lik sərfəli kredit şərtləri ilə də əldə etmək mümkündür.

Zəmanət müddəti 2 ildir (limitsiz yürüşlə)

Eyni zamanda, sizə müştəri tələblərinə uyğun barter və lizinq şərtləri də təklif olunur.

Daha ətraflı məlumat almaq üçün Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında yerləşən Volkwagen avtosalonuna müraciət edə bilərsiniz.

Əlaqə: *0999