İstanbulda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir

Day.Az представляет новость на азербайджанском языке

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı "Xocalıya Ədalət!" beynəlxalq kampaniyası çərçivəsində "Azərbaycan Gənclərinin İstanbul Hərəkatının" (AGİH) təşəbbüsü və təşkilatçılığı ilə Avrasiya Strateji Araşdırmalar Mərkəzində (ASAM) bu təşkilatın rəhbərliyinin dəstəyi ilə Xocalı soyqırımını anma, Xocalı həqiqətlərini təbliğ etmə xarakterli tədbir təşkil olunub.

Milli.Az xəbər verir ki, tədbirdə Xocalı soyqırımını, orda baş verən qətliamı əks etdirən görüntülər təqdim olunub, daha sonra Xocalı həqiqətləri erməni terrorizmi haqqında çıxışlar baş tutub. Çıxış edənlər arasında Azərbaycan Gənclərinin İstanbul Hərəkatının rəhbəri Rəşad Rza, rəhbərin müavini araşdırmaçı-yazar Sadiq İbrahimli, araştırmaçı-yazar Aygün Həsənoğlu, araştırmacı-jurnalist Mayis Əlizadə çıxış ediblər. Tədbirdə Avrasiya Bir Vəqfinin başqanı Şaban Gülbahar, Azərbaycan Respublikasının İstanbuldakı konsulu, İstanbuldakı Azərbaycan Dərnəklərinin rəhbərləri, tanınmış ziyalılar, elm xadimləri, mətbuat nümayəndələri və tələbələr iştirak ediblər.

Hərəkatının rəhbəri Rəşad Rza çıxışında erməni terrorizminin kökü və yaranma səbəbləri haqqında məlumat verib. Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cümhuriyyətinin bu istiqamətdə birlikdə fəaliyyət göstərməyinin əhəmiyyətini vurğulayıb. Hər iki ölkə gənclərini, Xocalı soyqırımını və ermənilərin etdikləri vəhşilikləri planlı şəkildə yaymasına və dünya ictimaiyyətinə çatdırılmasına çağırmışdır.

Hərəkatın rəhbər müavini araşdırmaçı yazar Sadiq İbrahimli isə öz çıxışında tarix boyu ermənilərə güzəştə gedildiyini, onlara qarşı heç bir ayrı-seçkiliyin edilmədiyini, bunun nəticəsində fürsət əldə etdikləri zaman öz havadarlarının planlarına uyğun olaraq, onların dəstəyi ilə xaincəsinə zaman-zaman həm Azərbaycana, həm də Türkiyəyə qarşı böyük torpaq iddialar qaldırdıqlarını və bunu həyata keçirmək üçün soyqırımlar, qətliamlar törətdiklərini qeyd edib. O, keçmişi unutmadan onu dəqiq şəkildə təhlil edib gənclərimizin məlumatlandırılmasının vacibliyini vurğulayıb, bütün dünya xalqlarını bu hadisəyə, ümumən terrorizmə, erməni terrorizminə qarşı səsimizə səs verməyə, erməniləri isə dinc şəkildə yaşamaq istəyirlərsə, bu hadisələrdən ibrət dərsi alıb, keçmişdə buraxdıqları ağır səhvləri təkrarlamamağa, bu vəhşiliklərdən əl çəkməyə və qəsb etdikləri torpaqlarımızı tərk etməyə çağırıb.

Aygün Həsənoğlu çıxışında Xocalıda baş vermiş soyqırım faktlarını, orda insanların hansı amansızlıqlarla qadın, qoca, uşaq demədən qətlə yetirildiyini, Xocalı faciəsi haqqında olan rəsmi və gizlədilmiş faktları, öldürülən insan sayını, hadisə şahidlərinin, o hadisələrdən sağ və yaralı qurtulmuş insanların, əsir düşüb, daha sonra əsirlikdən qurtulmuş insanların o hadisələr haqqında söylədiklərini, həmçinin 20-ci əsrin əvvəllərində ermənilər və onların havadarları tərəfindən Azərbaycan türklərinə qarşı törədilmiş 31 Mart soyqırımını, soyqırım nəticəsində dinc əhalinin amansızlıqla öldürülməsini, yüzlərlə kəndləri, yaşayış yerlərini dağıdıb viran qoymalarını diqqətə çatdırıb.

Araştırmaçı-jurnalist Dr. Mayis Əlizadə çıxışında ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş çoxlu soyqırım faktlarına, cinayətlərə toxunub, bu faktların dünya miqyasında tanıdılması təbliğ olunması üçün Azərbaycan rəhbərliyinin, dövlət qurumlarının, təşkilatların göstərdikləri fəaliyyətləri, həmçinin qardaş Türkiyə Cumhuriyyətinin, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, dərnəklərin bu və digər soyqırım fakları ilə bağlı göstərdikləri fəaliyyətləri, verdikləri dəstəkləri barədə məlumat verib, həmçinin digər ölkələrdə bununla bağlı görülən işlərə toxunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.