İlaxır çərşənbədə bunu etsəniz, güzgüdə gələcək nişanlınızı görəcəksiz

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Novruz bayramı öncəsi qeyd edilən ilaxır çərşənbə - topraq çərşənbəsidir.

Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir.

Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.

Axır çərşənbədə tonqal qalanması, papaq atılması, səməni, xonça düzəltmə, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma, süfrələrin bəzəyi olan plov dəmlənməsi və bir çox adət-ənənələr var.

Day.Az Azmedia.az-a istinadən xəbər verir ki, deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Axırçərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.

Qədim adət-ənənələr görə bu gündə evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asarlar.

Hər nə qədər desələr də, fala inanma amma falsız da qalma. Bu çərşənbə günü adət-ənənələrimizə görə bir çox fala baxma üsulları var. İlin axır yəni, torpaq çərşənbəsində qızlar biraraya toplaşaraq qaba su tökər, nişan üzüyünü saçlarına salaraq subay qızlar, niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Beləliklə, üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Deyilənə görə üzük qaba neçə dəfə dəysə, deməli o yaşda gəlin gedəcəksən

Ulduz- iynə falına görə isə, İlaxır çərşənbədə su ilə dolu kasaya uclarında pambıq sarınmış iki iynə salırlar. Əgər suya düşən iynələr ulduz tərəfdən bir-birinə yaxınlaşırlarsa, deməli həmin insanın ürəyində tutduğu arzu çin olacaq. Yox əgər iynələr bir-birindən aralı düşərsə, onda bu, niyyətlərinin baş tutmamasına bir işarədir.

Bir başqa adətimizə görə, axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatırsan, daha sonra gecə yarısı yuxudan durub şamı yandırırsan. Şamı götürüb güzgüyə yaxınlaşdıqda,güzgüdə gələcək nişanlını görəcəksən.

Növbəti bayram falı isə belədir: İki alma götürüb, ona gizlin bir işarə qoyulur. Ürəkdə niyyət edilir, sonra balaca uşağı almalardan birini götürməyə çağırarlar. İşarə qoyulan alma seçilərsə, onda arzu çin olar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.