Avtomobillə "Vayxır" gölünə düşən ər-arvadın meyitləri tapılıb

Şahbuz şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 16-da saat 5 radələrində Şahbuz şəhərinin ərazisində Şahbuzkənd kənd sakini Həsən Abbasov idarə etidiyi "Saipa" markalı avtomobili "Vayxır" gölünə aşırıb. Nəticədə sürücü və sərnişini olan arvadı Ruhiyyə suda boğularaq ölüblər.

Onların meyitləri sudan çıxarılıb.

Naxçıvan DYPİ tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.