Tüfənglə ehtiyatsız davranan Xaçmaz sakini qonşusunu yaraladı

Xəstəxanaya qırma yaraları ilə gətirilmiş Xaçmaz rayon sakini R.Kamilovun qonşusunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində yaralandığı müəyyən edilmişdir

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.

Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılmış və ondan müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-16" markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.