https://news.day.az/azerinews/1155213.html Dünyanın ən güclü elektrikli balığı tapıldı Amazon hövzəsində dünyanın ən güclü elektrikli balığı kəşf edilib. Day.Az oxu.az-a istinadla xəbər verir ki, "Electrophorus voltai" adlandırılan və 2 metr 40 sm-ə qədər böyüyə bilən bu balıq növü 860 volt elektrik hasil edə bilir.

Dünyanın ən güclü elektrikli balığı tapıldı

Azərbaycanca, 11 сентября 2019 16:49 (UTC +04:00) 844
Dünyanın ən güclü elektrikli balığı tapıldı

Amazon hövzəsində dünyanın ən güclü elektrikli balığı kəşf edilib.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, "Electrophorus voltai" adlandırılan və 2 metr 40 sm-ə qədər böyüyə bilən bu balıq növü 860 volt elektrik hasil edə bilir.

Zooloq Deyvid de Santananın rəhbərlik etdiyi qrup Cənibu Amerikanın ucqar nöqtələrindən topladığı 107 DNA nümunəsinin analizinin "Electrophorus voltai" və "Electrophorus varii" adlandırılan iki elektrikli ilan balığı növünün kəşf edildiyini açıqlayıblar. 

Kəşf edilən bu balıq növlərindən "Electrophorus voltrai" 860 volta qədər elektrik enerjisi verə bilir.

"Nature Communications" adlı elmi jurnalda yayımlanan araşdırmada isə bu balığın istehsal etdiyi enerjinin rekord ola biləcəyi qeyd edilib.

Qeyd edək ki, elektrik istehsal edən 250-yə yaxın balıq növü var. Elektrikli ilan balıqları isə elektrikdən ov etmək və özlərini qorumaq üçün istifadə edən yeganə balıq növüdür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости