https://news.day.az/azerinews/1155428.html Mahir Emrelinin evini soyanların kimlikləri bilindi

Mahir Emrelinin evini soyanların kimlikləri bilindi

Azərbaycanca, 12 сентября 2019 12:19 1 383

Binəqədi Rayon Polis idarəsinin əməkdaşları məşhur futbolçu, "Qarabağ" futbol klubunun hücumçusu Mahir Emrelinin evini soymaqda şübhəli bilinən şəxsləri müəyyənləşdirib.

Day.Az xəbər verir ki, bu barədə oxu.az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, Qazax rayonundan olan iki nəfər yeniyetmə qarətdə şübhəli bilinir.

Sözügedən şəxslər saxlanılmadığı üçün adları açıqlanmır. Onlardan biri oğurluğa görə artıq məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей
Ещё новости