https://news.day.az/azerinews/1195388.html Tarixi görüş: “Liverpul” “Qırmızı şeytanlar”a qarşı

Tarixi görüş: “Liverpul” “Qırmızı şeytanlar”a qarşı

Azərbaycanca, 19 января 2020 18:55 (UTC +04:00) 1 351
Tarixi görüş: “Liverpul” “Qırmızı şeytanlar”a qarşı

"Liverpul" - "Mançester Yunayted" görüşü bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Oxu.Az xəbər verir ki, ötən ilin mart ayından İngiltərə çempionatında "Liverpul"dan xal almağı bacaran yeganə komanda "Mançester Yunayted" olub.

Bu mövsum "Liverpul" 21 oyunda 20 dəfə qələbə qazanıb. Cəmi 1 oyunda xal itkisi olub. O da əzəli rəqibi "Mançester Yunayted"lə qarşılaşmaya təsadüf edib.  

"Qırmızı şeytanlar" "Liverpul"un öz meydanında sonuncu dəfə 2016-cı ildə qələbə qazanıb. O zaman yeganə qolu Ueyn Runi vurub. 

Bu gün ev sahiblərinə Deyan Lovren, Ceyms Milner və Nabi Keyta kömək edə bilməyəcəklər. Qonaqların itkisi isə çox ciddi sayılır. Belə ki, komandanın vuran ayağı Markus Raşford zədə səbəbindən oyuna çıxmayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости