https://news.day.az/azerinews/1195564.html Sumqayıtda qəzaya düşən 7 tibb işçisi evə buraxılıb

Sumqayıtda qəzaya düşən 7 tibb işçisi evə buraxılıb

Azərbaycanca, 20 января 2020 14:40 (UTC +04:00) 641
Sumqayıtda qəzaya düşən 7 tibb işçisi evə buraxılıb

Sumqayıt şəhəri ərazisində təcili tibbi yardım avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan 7 nəfər evə buraxılıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat veriblər.

Məlumatda bildirilir ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili çağırışa gedərkən Hacı Zeynalabdin Tağıyev qəsəbəsində minik avtomobili ilə toqquşub. Hadisə yerinə gələn digər təcili yardım avtomobili də vurulub və nəticədə əraziyə 3-cü briqada cəlb edilib.

Hadisə nəticəsində təcili tibbi yardım briqadasının 7 əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости