Bakıda güclü zəlzələ olub?

Bu gün paytaxt Bakıda zəlzələ olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Day.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Yenicag.az-a açıqlamasında hər gün yer qatında zəif təkanların olduğunu bildirib.

V.Rafiqqızı bu gün insanları təşvişə salacaq qədər hiss olunan zəlzələnin baş vermədiyini deyib: "Stansiyalarımız hər gün yer qatında olan təkanları qeydə alır. Hiss olunan və hiss olunmayan təkanlar var. Amma insanları qorxuya salacaq qədər hiss olunan zəlzələ olmayıb. Onu da qeyd edim ki, heç kim də proqnoz verə bilməz ki, nə vaxt zəlzələ baş verəcək".