https://news.day.az/azerinews/1250899.html DİN "Fairmont Baku" otelində keçirilən əməliyyatla bağlı məlumat yaydı - FOTO - VIDEO

DİN "Fairmont Baku" otelində keçirilən əməliyyatla bağlı məlumat yaydı - FOTO - VIDEO

Azərbaycanca, 5 июля 2020 20:34 (UTC +04:00) 5 688
DİN "Fairmont Baku" otelində keçirilən əməliyyatla bağlı məlumat yaydı

Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib. 

DİN-in mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub. Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq  məsuliyyətə cəlb ediliblər.

  • DİN "Fairmont Baku" otelində keçirilən əməliyyatla bağlı məlumat yaydı

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости