Tanınmış İş adamı, Azərbaycan Respublikasının fəxri mühəndisi Musa Süleymanov həmvətənlərinə müraciət etdi

Tanınmış İş adamı, Azərbaycan Respublikasının fəxri mühəndisi Musa Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevə Milli Qəhrəman adının verilməsi təklifi ilə həmvətənlərinə müraciət etdi. 

Hörmətli Həmvətənlərimiz, 

Ölkəmizin və xalqımızın tarixi olduqca mürəkkəb və sarsıdıçı hadisələrlə müşayiət olunmuşdur. 15-ci əsrin axırından başlayaraq Azərbaycan bir sıra mühüm ərazi itkiləri ilə üzləşmişdir. Bu sırada Dərbənd, İrəvan xanlıqları, Zəngəzur, Cənubi Azərbaycan və son olaraq 1990-1993-cü illərdə işqal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının uğursuzluğunu sadalamaq olar.  

Bu itkilər, təkcə ərazi bütövlüyümüzə vurulan sarsıdıcı zərbələr deyil, eyni zamanda xalqımızda uğursuzluq və məğlubiyyətlə barışıq psixologiyasının formalaşmasına səbəb olmuşdu. 

Belə psixologiyanın formalaşması, öz növbəsində, digər sahələrdə də uğurların əldə edilməsi üçün ciddi əngəllər yaradırdı. 

Uzun müddət ərzində ilk dəfə olaraq, 2016-cı ilin Aprel ayında dörd günlük müharibə nəticəsində işğal olunmuş torpaqlarımızın qismən azad olunması xalqımızın qürur hissinin bərpası üçün mühüm rol oynamışdır. Təəssüf ki, dörd gün ərzində əldə etdiyimiz uğurların inkişafı, rusiyanın müdaxiləsi nəticəsində mümkün olmamışdı və hərbi əməliyyat dayandırılmışdı.  

Düşünürəm ki, 2016-cı ilin qələbəsi və nəticələri dövlətimiz və Alı Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən detallı şəkildə təhlil olunmuşdur və 27 sentyabrda ermənilərin  torpaqlarimiza yeniden hucumuna garşı əks-hücum əməliyyatında öz əksini tapmışdır.  

Həqiqətən də son dörd il ərzində hər sahədə, o cümlədən informasiya, hərbi quruculuq, diplomatiya və dövlətlərarası münasibətlərin tənzimləməsində böyük işlər görülmüşdür və bu gün gördüyümüz kimi çox önəmli nailiyyətlər əldə olunmuşdur.  

Bu ilin sentyabr ayının 27-dən başlayan hərbi əks-hucum əməliyyatı dünyaya tam yeni Azərbaicanı təqdim etmişdir.  

Bu təkcə ordumuzun olduqca müasir müharibə aparmaq qabiliyyətini deyil, millətimizin yekdil olaraq çıxış etməsini, düşmən təxribatlarına mükəmməl və savadlı cavab verməsini, dövlətin və xalqın birliyini, hər bir vətəndaşın və Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsinin ölkəmizə olan sevgisini özündə toplamışdır.  

Müzəffər ordumuz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin cəsarətinə və xalqımızın müdrikliyinə arxalanaraq bütün düşmən təxribatlarına son qoymaq üçün əks-hucum hərbi əməliyyatını başlamış və uğurla davam etdirilir. Bu mücadilədə Türkiyə Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğanın və bütöblükdə Türkiyə xalqının misilsiz dəstəyini hiss eləməkdəyik. 

Artıq çoxsaylı kəndlərimiz, bir neçə şəhər və rayonlarımız işğaldan azad edilmişdir və əməliyyatlar uğurla davam edir. Xalqımızın vaxtı ilə tapdalanmış qüruru tam şəkildə bərpa edilmişdir və bu gün hər bir azərbaycanlı vətəni, xalqı və Prezidenti ilə fəxr hissi duyur.  

Zənnimcə, vətənimizin qüruru və ərazi bütövlüyünün bərpa edilməsində, xalqımızın tək yumruq kimi səfərbər olmasında, beynəlxalq arenada Azərbaycanın bir dövlət kimi hörmətinin bu günə kimi olmayan səviyyədə artmasında misilsiz xidmətlərini nəzərə alsaq, Ali Baş Komandan, Cənab Prezident İlham Heydər oğlu Əliyevə Milli Qəhrəman adının verilməsi xalqımız tərəfindən rəğbət və ehtiramla qarşılanar.  

Bu gün hamımız Cənab Prezidentin əsgərləriyik və Şanlı Azərbaycan Ordusunun başında layiqli Milli Qəhrəmanın olması olduqca zəruridir! 

Düşmən tapdağı altında qalan bütün torpaqlarımızın tam azad olunmsı arzusu ilə, 

Musa Səməd oğlu Süleymanov