https://news.day.az/azerinews/1285436.html Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib - FOTO

Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib - FOTO

Azərbaycanca, 31 октября 2020 17:09 (UTC +04:00) 1 174
Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, Ontario əyalətinin Parlamentinin önündə Torontoda yaşayan Azərbaycan icmasının qadınlarının iştirakı ilə baş tutan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən erməni ordusunun dinc əhalini, azyaşlı məsum uşaqları qəsdən hədəfə alaraq qətlə yetirməsi kəskin pislənilib. Aksiyada "Qarabağ Azərbaycandır", "Erməni təcavüzünə son", "Gəncə üçün dua et","Erməni terroruna son", "Bərdə şəhəri münaqişə zonasından kənardadır" kimi şüarlar yazılmış plakatlar nümayiş olunub. Gəncə və Bərdə terrorunun qurbanlarının fotolarının önünə güllər düzülüb, şamlar yandırılıb.

Aksiyanın sonunda Ontariodakı Azərbaycan icmasının anaları adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalətinin Parlamentinin üzvü Ted Arnota təqdim edilib.

  • Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости