https://news.day.az/azerinews/1294233.html Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib

Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib

Azərbaycanca, 30 ноября 2020 20:54 (UTC +04:00) 818
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib

Azərbaycan Müdafiə Nazirliyi Türkiyənin hərbi istehkamçılarının Azərbaycana gəlməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb:

"Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости