Bakının məşhur "Luna Parkı" yenidən qurulur

Bakının məşhur "Luna Park"ı bərpa edilir.

Trend-in məlumatına görə, Bakının 8 noyabr prospektində yerləşən və uzun zamandır baxımsız qalan "Luna Park"da yenidənqurma, abadlıq işləri aparılır.

Xətai rayonunda yerləşən park 1875-ci ildə salınıb və əsasən qara şəhər deyilən yerdə yaradılan yaşıllıq üçün böyük işlər görülüb. Parkın torpağı əsasən cənub zonasından Bakıya gətirilmişdir və park yaranandan sonra, suvarılma işləri xüsusi tankerlərdən Həştərxandan gətirilən suyun hesabına həyata keçirilib.

Sovet dövründə isə 1922-ci ildən bu ərazi rəsmi olaraq park statusunu alıb. Parkın adı ilk öncə Lunaçarski adını daşısa da, müstəqilliyimiz əldə olunduqdan sonra "Luna Park" olub.