İnanırıq ki, Ermənistan hakimiyyəti daxili böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq

Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, hökumət formalaşması gözlənilir. İnanırıq ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bir çoxları Ermənistanda böhranın səbəbi kimi müharibədəki məğlubiyyəti göstərirlər:

"Ermənistandakı dərin böhranın səbəbi onilliklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin beynəlxalq tanınmış sərhədlərini güc yolu dəiyşdiriməsi, təcavüz siyasətinin həyata keçirilməsi olub. Nə qədər tez region ölkələrininin normal inkişafı üçün beynəlxalq hüququn norma və prinsipinə əsaslanan ümansibətlərin alternativi olmadığı qəbul edilərsə, bütün region ölkələri üçün bir o qədər yaxşı nəticə bilər".

C.Bayramov vurğulayıb ki, Azərbaycanın bu sahədə mövqeyi məlumdur: "Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasının tərəfdardır. Ermənistanın bu sahədəki qərarı öz seçimidir. Biz isə bunun alternativninin mövcud olmadığını düşünürük".