Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir?

Cənubi Afrikada yayılan koronavirusun yeni variantı "omikron" daha çox yoluxuculuq gücünə malikdir. Mutasiyaya uğramış yeni variantın aşkar olunması səbəbilə bır sıra ölkələr məhdudiyyətlər tətbiq edib. Məsələn Türkiyə 5 ölkə üçün sərhədlərini bağlayıb. Amerika da Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə giriş zamanı məhdudiyyət tətbiq edəcək.

Day.Az xəbər verir ki, Afrikada koronavirusun yeni variantı "Omikron" yayılıb.

Həkim-infeksionist Natiq Əliyev "Xəzər Xəbər"ə bildirib ki, yeni variant çox sayda mutasiya edir və bunların bəziləri narahatlıq doğurur, ştammları yüksək yoluxucudur.

Həkim koronavirusun yeni ştammlarıyla bağlı bir sıra ölkələrdə tətbiq olunan məhdudiyyətlərə də diqqət çəkib.

Koranavirusun mutasiyaya uğramış yeni variantının aşkar olunması səbəbilə bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən Türkiyəyə gələnlər üçün giriş qadağan edilir.

ABŞ noyabrın 29-dan etibarən koronavirusun yeni aşkar edilmiş "Omikron" ştammı ilə bağlı Afrikanın 8 ölkəsindən gələn vətəndaşlara ölkəyə girişi məhdudlaşdıracaq. Bunu ABŞ Prezidenti Co Bayden deyib.Prezident ehtiyat tədbiri olaraq, daha çox məlumat əldə edənə qədər Cənubi Afrikadan və digər yeddi ölkədən hava nəqliyyatı ilə ölkəyə gələnlərə məhdudiyyətlər qoymağa göstəriş verib. Yeni məhdudiyyətlər noyabrın 29-da qüvvəyə minəcək. Tibb sahəsində məsləhətçilərimlə elmi sübutları və tövsiyələri rəhbər tutmağa davam edəcəyəm deyə Co Bayden vurğulayıb.

Qeyd edək ki, yeni ştammın yayılma təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib və İspaniya, Avstriya, İtaliya, Almaniya, İsrail və İngiltərə Cənubi Afrika və qonşu ölkələrdən olan uçuşları dayandırıb.