https://news.day.az/azerinews/1411017.html Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib - FOTO

Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib - FOTO

Azərbaycanca, 2 декабря 2021 22:30 (UTC +04:00) 882
Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib

Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində hərbçilərimizin həlak olması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Nazirliyin rəsmi feysbuk səhifəsində edilən paylaşımda deyilir:

"Misir Ərəb Respublikası hərbi helikopterin qəzaya uğraması nəticəsində insan ölümü və yaralanması ilə bağlı dost Azərbaycan Respublikasına dərin hüznlə başsağlığı verir.

Misir bütün həlak olanların ailələrinə səmimi başsağlığını çatdırır, yaralananların tezliklə sağalmasını arzulayır.

Həmçinin Misir bu ağrılı hadisə ilə bağlı Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu ifadə edir".

  • Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib
  • Misir XİN helikopter qəzası nəticəsində həlak olanlarla bağlı xalqımıza başsağlığı verib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости