Rabitəbank şəhid ailəsinə dəstək oldu!

Ölkənin aparıcı banklarından biri Rabitəbank Koporativ Sosial Məsuliyyət çərçivəsində təşəbbüskar addımlarını davam etdirir. Rabitəbank, xüsusən aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə həyata keçirilən özünüməşğulluq tədbirlərində  aktiv iştirak edir. Bu günlərdə Rabitəbank tərəfindən şəhid ailəsinin də olduğu daha belə 3 ailəyə dəstək göstərilib.

Belə ki, Bakı sakini Nəzərli Eşqin Vüqar oğluna avtoçilingər zərfi təqdim edildi. Ağsu şəhərində yaşayan Həşimli İsmayıl Zöhrab oğlu da heyvandarlıq təsərrüfatının qurulması üçün əvəzsiz olaraq mal-qara və yemlə təmin olunub. Bankın Qusar filialında proqram iştirakçısı Yarəliyev Mübariz Famil oğluna avtoelektrik avadanlıqları təqdim olunub. Həmçinin, Şəki sakini, şəhid ailəsinin üzvü Əliyev Eldar Novruz oğluna avtomobil şinlərinin təmiri üçün lazım olan avadanlıqlar alınıb və təmənnasız olaraq təhvil verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasını həyata keçirən Rabitəbank ilin sonunadək ölkənin fərqli regionlarında aztəminatlı vətəndaşların aktivlərlə təmin edilməsini davam etdirəcək. Məqsəd proqram iştirakçılırının kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini  inkişaf etdirmələrinə dəstək olmaqdır.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.