https://news.day.az/azerinews/1427057.html Dubaydan "iPhone" və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanılıb

Dubaydan "iPhone" və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanılıb

Azərbaycanca, 15 января 2022 10:40 (UTC +04:00) 457
Dubaydan "iPhone" və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanılıb

İranın Astara gömrüyündə qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd "iPhone 13" mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:

"Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib", - deyə o bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости