https://news.day.az/azerinews/1463841.html Xəzər dənizində tranzit marşrutların artırılması zəruridir - İranlı palata rəsmisi Xəzər dənizində məhsul tranziti ilə əlaqədar tranzit marşrutların artırılması atılacaq zəruri addımlardan biridir. Bunu Trend-ə açıqlamasında İran və Rusiya Birgə Ticarət Palatasının sədr müavini Cəlil Calalifər deyib.

Xəzər dənizində tranzit marşrutların artırılması zəruridir - İranlı palata rəsmisi

Azərbaycanca, 21 мая 2022 16:34 (UTC +04:00) 332
Xəzər dənizində tranzit marşrutların artırılması zəruridir

Xəzər dənizində məhsul tranziti ilə əlaqədar tranzit marşrutların artırılması atılacaq zəruri addımlardan biridir.

Bunu Trend-ə açıqlamasında İran və Rusiya Birgə Ticarət Palatasının sədr müavini Cəlil Calalifər deyib.

C.Cəlalifərin sözlərinə görə, Xəzər dənizində tranzit marşrutları ölkələr üçün ən azı neft satışından əldə edilən gəlir qədər qazanc gətirə bilər.

"Bu il Xəzər dənizində məhsul tranziti artıb, ancaq hələlik bu artım Xəzər dənizində mövcud potensiallarla müqayisədə ciddi artım hesab olunmur. Məsələn, Rusiya və Hindistan arasında ticarət dövriyyəsi ildə təxminən 15 milyon tondur. Bu isə tranzit üçün böyük imkanların olduğunu göstərir", - o əlavə edib.

Palata rəsmisinin sözlərinə görə, son vaxtlar İranın Xəzər Gəmiçilik Şirkəti 3 gəminin satın alınması üzrə müqavilə imzalayıb:

"İranın Gəmiçilik Şirkəti işlənmiş gəmiləri satın almağa məcburdur. Çünki yeni gəminin qiyməti 10 milyon dollardan çoxdur. Əgər lizinq qaydaları əsasında gəmi qayrılarsa, onun üçün 12-15 ay vaxt lazımdır. Buna görə, İran özü Xəzər dənizində marşrutlar üçün gəmi hazırlamalıdır", - C.Cəlalifər qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости