https://news.day.az/azerinews/1463846.html Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı - Elektron Təhlükəsizlik Xidməti 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı. Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Şahin Əliyev deyib.

Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı - Elektron Təhlükəsizlik Xidməti

Azərbaycanca, 21 мая 2022 17:14 (UTC +04:00) 370
Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı

44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı kiberhücumlar pik həddə çatmışdı.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru Şahin Əliyev deyib.

Onun sözlərinə görə, bu hücumların qarşısının alınması üçün Elektron Təhlükəsizlik Xidməti digər qurumlarla müvafiq işlər, o cümlədən kiberhücumların aktual növləri barədə əhalinin məlumatlandırılmasını həyata keçirib.

"Düşmən tərəfindən dezinformasiyanın yayılması əsasən sosial şəbəkələrdə reallaşdırılırdı. Qurumlarımız adından yalan informasiyanın yayılmasının və klon səhifələrin yaradılmasının qarşısının alınması üçün dövlət qurumlarının veb-səhifələrinin verifikasiyası üzrə tədbirlər görmək tapşırılmışdı" - deyə o bildirib.

Ş.Əliyev deyib ki, istifadəçilərin sosial şəbəkələrdə profillərinin müdafiəsinin gücləndirilməsi üçün parolları yeniləmək ikifaktorlu autentifikasiyadan istifadə etmək tövsiyə olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости