Bu il dövlət sifarişli yerlərin sayı artıb

Bu il dövlət sifarişli yerlərin sayı artıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçən illə müqayisədə bu il dövlət sifarişində 746 yer artımı müşahidə olunur.

"Bunun 673-ü I qrupa aiddir.Nəzərə almaq lazımdır ki, bu il 5 mindən çox şəxs I qrupa sənəd verib", -deyə M.Abbaszadə əlavə edib.