https://news.day.az/azerinews/1487598.html
Bakı-Qazax yolunda yerüstü piyada keçidi inşa edilir - FOTO - VİDEO
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun km 25,3-km-də yerüstü piyada keçidi inşasına start verilib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Day.Az-a verilən məlumata görə, iki giriş-çıxışdan ibarət piyada keçidi üstüaçıq metal konstruksiyalıdır, ümumi uzunluğu 51.6 metr, eni 3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə özül svaylarının vurulması yekunlaşıb, hazırda dayaqların tikintisi aparılır.
Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре