Bakıda qazini qətlə yetirən şəxs

Bakıda qazini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Day.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.