https://news.day.az/azerinews/1487950.html Qadın cüdoçulardan ibarət Azərbaycan yığması İslamiadada bürünc medal qazanıb - FOTO

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması İslamiadada bürünc medal qazanıb - FOTO

Azərbaycanca, 17 августа 2022 19:12 (UTC +04:00) 476
Qadın cüdoçulardan ibarət Azərbaycan yığması İslamiadada bürünc medal qazanıb

Qadın cüdoçulardan ibarət Azərbaycan yığması V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.

Day.Az-ın məlumatına görə, Azərbaycan idmançıları Leyla Əliyeva, Günel Həsənli və Səbinə Əliyeva Qırğızıstan komandasına 3:1 hesabı ilə qalib gəliblər.

Bundan başqa, cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığması da Oyunların qızıl medalını qazanıb. Finalda komanda türkiyəli idmançılarla qarşılaşıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

  • Qadın cüdoçulardan ibarət Azərbaycan yığması İslamiadada bürünc medal qazanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости