https://news.day.az/azerinews/1497674.html Fəhlə 5 metr hündürlükdən yıxılaraq ölüb - Sumqayıtda FACİƏ Sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Fəhlə 5 metr hündürlükdən yıxılaraq ölüb - Sumqayıtda FACİƏ

Azərbaycanca, 23 сентября 2022 10:45 (UTC +04:00) 668
Fəhlə 5 metr hündürlükdən yıxılaraq ölüb -

Sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Day.Az xəbər verir ki, Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən "İdeal Kərpic Zavodu" MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости