İTV əməkdaşı ilə qarşıdurma yaradan “sülhməramlı” ermənidir?

Rusiya sülhməramlıları ilə İTV əməkdaşının qarşıdurması sosial mediada müzakirə obyektinə çevrilib.

Day.Az xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, nəzarət buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və "idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir

"Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi də bu ehtimalı gücləndirir. Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir".

Ekspert qeyd edib ki, Qarabağdakı Rusiya sülhməramlılarının komandanı general Volkovdan bu və digər təxribatçı fəaliyyətlərin hesabı sorulmalıdır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək. Sözügedən müzakirələri media nümayəndələri izləyə bilməyəcək. Çünki ərazidə olan sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. Media təmsilçiləri israrla əraziyə keçməyə cəhd etsələr də, sühməramlılar onları əraziyə buraxmayıblar.