https://news.day.az/azerinews/1547781.html AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır AZAL aprel ayından etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir. Trend xəbər verir ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.

AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır

Azərbaycanca, 17 марта 2023 21:08 (UTC +04:00) 742
AZAL Bakı ilə Əl-Küveyt arasında birbaşa reyslər açır

AZAL aprel ayından etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.

Trend xəbər verir ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti aprelin 22-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan Əl-Küveyt şəhərinə reyslərin icrasına başlayır.

Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.

Küveyt turistləri yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti, alış-veriş və s. ilə cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından və ya AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости