https://news.day.az/azerinews/1547883.html Türkiyədə prezident və parlament seçkiləri kampaniyası başlayır

Türkiyədə prezident və parlament seçkiləri kampaniyası başlayır

Azərbaycanca, 18 марта 2023 12:03 (UTC +04:00) 666
Türkiyədə prezident və parlament seçkiləri kampaniyası başlayır

Bu gün Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya start verilir.

Day.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ali Seçki Şurası (MSK) seçki təqvimini təqdim edib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək.

Namizədlərin siyahısı martın 31-də dərc olunacaq və bundan sonra onlar rəsmən seçki təbliğatına başlaya biləcək.

Seçkilərdə iştirak edəcək partiya və koalisiyalar namizədlərinin siyahısını martın 24-ü, günün sonuna qədər MSK-ya təqdim olunmalıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости