https://news.day.az/azerinews/1548620.html ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin peşə ixtisasının artırılması üçün qrant ayıracaq ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin ixtisasının artırılmasına 100 000 dollaradək vəsait ayırmağı planlaşdırır. Day.Az bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir. Proqram "gənc və daha az təcrübəli müəllimlər" üçün nəzərdə tutulub. Onların həm onlayn, həm də əyani oxumaq imkanı olacaq.

ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin peşə ixtisasının artırılması üçün qrant ayıracaq

Azərbaycanca, 21 марта 2023 15:09 (UTC +04:00) 2 145
ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin peşə ixtisasının artırılması üçün qrant ayıracaq

ABŞ Azərbaycanda ingilis dili müəllimlərinin ixtisasının artırılmasına 100 000 dollaradək vəsait ayırmağı planlaşdırır.

Day.Az bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

Proqram "gənc və daha az təcrübəli müəllimlər" üçün nəzərdə tutulub. Onların həm onlayn, həm də əyani oxumaq imkanı olacaq. Orta məktəblərdə, ölkənin bölgələrində, həmçinin keçmiş məcburi köçkünlərlə işləyən ingilis dili müəllimlərinə yönəlmiş proqramlara xüsusi diqqət ayrılacaq.

"Proqram sinxron onlayn təhsil platformasından, praktik tədris proqramından və real zaman rejimində fərdi kouçinqdən istifadə edəcək. O, ingilis dilinin tədris keyfiyyətinin yaxşılaşdırılmasına və azərbaycanlı tələbələrin ingilis dili səviyyəsinin artırılmasına yönəlib", - proqramın təsvirində deyilir.

Bundan başqa, proqram ABŞ və Azərbaycan ekspertlərinin məlumat və təcrübə mübadiləsi yolu ilə iki ölkənin xalqları arasında əlaqələrin möhkəmlənməsinə yönəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости