https://news.day.az/azerinews/1566642.html Sinan Oğan prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqladı Türkiyənin "ATA Alyansı"nın prezident namizədi Sinan Oğan ölkədə keçirilən seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb. Day.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bunu Sinan Oğan Ankaradakı açıqlamasında qeyd edib.

Sinan Oğan prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqladı

Azərbaycanca, 22 мая 2023 18:32 (UTC +04:00) 862
Sinan Oğan prezident seçkilərinin ikinci turunda Ərdoğanı dəstəkləyəcəyini açıqladı

Türkiyənin "ATA Alyansı"nın prezident namizədi Sinan Oğan ölkədə keçirilən seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Day.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bunu Sinan Oğan Ankaradakı açıqlamasında qeyd edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости