CÀSÀ Kulinariya Mərkəzində ingilis aşbazın axşam yeməyi təşkil olunub

16 May tarixində CÀSÀ Kulinariya Mərkəzində İngiltərədən gəlmiş, Hakkasan Mayfair restoranında Mişlen ulduzunu qazanmış şef Jeff Tan ilə axşam yeməyi təşkil olunmuşdur.

Şef Tan ilə birlikdə CÀSÀ-nın ulduz tələbələri - YCO qalibi Emil Zeynalzadə, WSSE 2022 müsabiqəsində fərqlənmə medalı qazanmış, həmçinin "CÀSÀ Students Society" tələbə təmsilçisi Leyla Valiyeva və CÀSÀ restoranının baş aşpazı Kənan Balaşov xüsusi yeməklərlə qonaqlara 12 fərqli təam təqdim ediblər. Tədbirdə hər bir yemək Hilsiide tərəfindən ona uyğun şərabla təqdim olunmuşdur.

Şef Jeff Tan 30 ildən çox kulinariya təcrübəsinə malikdir və Qərb elementləri ilə Asiya ölkələrinin mətbəxləri üzrə restoranlarda ixtisaslaşmışdır. O, həmçinin, mərkəzimizin tərəfdaş aşpazıdır.

Tədbirdə hər bir yemək Hillside tərəfindən ona uyğun şərabla təqdim olunub.

CÀSÀ Kulinariya Mərkəzi peşakar programların tədrisilə yanaşı dünyanın məşhur Mişlen ulduzlu şeflərini Azərbaycana dəvət edir və onlarla birlikdə maraqlı tədbirlər təşkil edir.