Zəngəzur dəhlizi ilə bağlı işlər sürətlənir

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu yenilənməsi nəzərdə tutulur.

Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi ekspert Turab Rzayev bildirib ki, dəmiryol infrastrukturu yenilənməsinin bi neçə strateki əhəmiyyəti var.

"Birinci olaraq Azərbaycan Naxçıvana qurudan yol əldə etmək istəyir. Bununçün da ən ideal yol məhz Zəngəzur ərazisindən keçən avtomobil və dəmiryolları olardı. Buna görə də Azərbaycan dövləti sürətlə Zəngilana doğru əvvəlki dəmiryolu xətlərini bərpa edir və bə bərpa etmək üzrədir. Eyni zamanda bunun Naxçıvan ərazisində də həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın Naxçıvanla yeganə əlaqəsi İran üzərindəndir. Bu da heç etibarlı deyil. Vaxtaşırı olaraq həmin yolun kəsilməsi Azərbaycan əhalisin şantaj edilməsi hətta TIR şoferlərinin dənizə atılması ilə hədələməkləri misal göstərmək olar. Azərbaycan Naxçıvana getmək üçün birbaşa maneəsiz yol lazımdır. Bu səbəbdən də sülh bəyanatına Zəngəzur dəhlizi məsələsi salınıb".

Ekspertin açıqlamasını tam şəkildə videodan izləyə bilərsiniz: