https://news.day.az/azerinews/1571366.html Bu ərazidə işləyənlərin maaşları ilə bağlı MÜHÜM XƏBƏR - Baş nazir qərarı dəyişdi

Bu ərazidə işləyənlərin maaşları ilə bağlı MÜHÜM XƏBƏR - Baş nazir qərarı dəyişdi

Azərbaycanca, 7 июня 2023 16:07 (UTC +04:00) 1 372
Bu ərazidə işləyənlərin maaşları ilə bağlı MÜHÜM XƏBƏR

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin də əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarı müəyyən ediləcək.

Day.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" qərara edilən dəyişiklikdə əksini tapıb.

Həmçinin oxuyun: Maaşa əlavələri necə almaq olar? - İZAH

Qərara əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifə) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

Müəyyən edilib ki, yuxarıda nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Həmçinin oxuyun: Qarabağda işləmək istəyənlərin nəzərinə! - Vəzifə və maaşlar

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости