https://news.day.az/azerinews/1600866.html Azərbaycanda minimum əməkhaqqı artırılır? - AÇIQLAMA Minimum əmək haqqının artırılması və bütövlükdə sosial təminatın gücləndiirlməsi sosial siyasətin əsas prioritetlərindəndir. Day.Az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Azərbaycanda minimum əməkhaqqı artırılır? - AÇIQLAMA

Azərbaycanca, 25 сентября 2023 09:54 (UTC +04:00) 2 070
Azərbaycanda minimum əməkhaqqı artırılır?

Minimum əmək haqqının artırılması və bütövlükdə sosial təminatın gücləndiirlməsi sosial siyasətin əsas prioritetlərindəndir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

"2023-cü ilin yanvarından minimum əməkhaqqı 345 manata qədər artırıldı. İlk dəfə olaraq minimum əməkhaqqı 200 dollarlıq həddi keçdi. Son 4 ildə Azərbaycanda minimum əməkhaqqı 2,9 dəfə artırılıb. Ümumiyyətlə sosial təminatın güclənidirilməsi sosial siyasətin əsas səbəblərindəndir. Bu səbəbdən 2024-cü ildə də sosial paketin genişlənidirilməsi və sosial proqramlara daha çox vəsaitin ayrılacağını gözləyirik",- deyə deputat əlavə edib.

Xatırladaq ki, Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində qeyd edilib ki, 2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3% və 8,6% çoxdur. Gələn il, həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4% çoxdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости