Növbə terrorçubaşına çatdı - Quldurların Qarabağda son çırpınışları - VİDEOMÜSAHİBƏ
Sentyabrın 27-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək, qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Separatçıların və Azərbaycan xalqına qarşı cinayət törətmiş terrorçuların Azərbaycan tərəfindən həbs edilməsi Azərbaycanın gücünün göstəricisidir.
Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə videomüsahibə verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, baş verən bu hadisələr zamanında bizim istəyimiz, arzumuz olub.
"Bu arzuları gerçəkləşdirən Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevdir. Allah şəhidlərimizə rəhmət etsin. 30 il ərzində Azərbaycan həm beynəlxalq hüquq baxımından, həm də haqq-ədalət baxımından haqsızlığa məruz qaldı, torpaqları işğal edildi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Ermənistan həmişə Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdü, terror əməlləri törətdi. Azərbaycan həmişə deyirdi ki, məsələni dinc yolla həll edək. Bunun əvəzində isə Ermənistan bütün terrorçuları Azərbaycan ərazisinə yığdı. Azərbaycan qüdrətli ölkəyə çevrilərək, bu məsələni üç mərhələdə həll etdi", - deyə M.Qasımlı bildirib.
Daha geniş videomüsahibəni təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре