https://news.day.az/azerinews/1601831.html Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir - Selçuk Bayraktar Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib. "Hazırda "Bayraktar AKINCI" PUA-ya ciddi tələbat var.

Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir - Selçuk Bayraktar

Azərbaycanca, 27 сентября 2023 17:54 (UTC +04:00) 1 636
Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir

Türkiyə istehsalı PUA-lar bütün dünyanın diqqət mərkəzindədir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar məlumat verib.

"Hazırda "Bayraktar AKINCI" PUA-ya ciddi tələbat var. KIZILELMA hələ inkişaf mərhələsində olsa da, dünyanın hər yerindən tələb var. "Bayraktar TB2" dünyada ən yaxın rəqibindən beş dəfə daha çox tanınır. "Bayraktar TB2" indiyə qədər 32 ölkəyə ixrac edilib", - deyə o qeyd edib.

S.Bayraktar onu da vurğulayıb ki, süni intellektdən sağlamlıqda innovasiyaya qədər texnologiyanın bütün sivil sahələrində dünyaya iz qoyacaq türk layihələri olacaq.

Qeyd edək ki, 27 sentyabr-1 oktyabr tarixlərində İzmirdə TEKNOFEST festivalı keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости