UNI-K IDD Plug-in Hybrid artıq Azərbaycanda!

CHANGAN brendinin ən güclü və qənaətcil krossoveri olan UNI-K modelinin IDD versiyası artıq ölkəmizə də gətirildi. CHANGAN brendinin Azərbaycanda rəsmi nümayəndəliyi olan "Azərbaycan Avtomobil Evi" brendin UNI seriyasının həvəskarlarını artıq hibrid modeli ilə sevindirəcək.  Bu günədək ölkəmizdə öz sinfində satış rekordları qıran UNI-K modelinin 2 litrlik mühərrik və 8 pilləli avtomat transmissiya ilə benzin konfiqurasiyasında təqdim olunurdu. Lakin artıq sevimli modelin "Plug-in Hybrid" versiyası da satışdadır.

Yeni avtomobil əvvəlki ölçülərini və daxili dizaynını qoruyur, xarici görünüşündə isə xüsusi unikal dəyişikliklər var. Xüsusilə, bu dəyişikliklər qabaq bamperdə işləyən işıqlar sahəsini və spoyler sahəsindəki arxa hissəni əhatə edir. Avtomobil, həmçinin yeni təkər dizaynı və pəncərə dirəklərində fərqli dizaynı ilə seçilir.

Təbii ki, ən vacib dəyişiklik mühərrik gücündə edilmişdir. Avtomobil ümumi 282 at gücünə malikdir. Belə ki, 166 at gücünə malik 1,5 litrlik turbo mühərrikə və 166 ​​at gücünə malik elektrik mühərrikinə sahibdir. WLTC dövrünə görə orta yanacaq sərfiyyatı 100 km-ə 1,95 litr təşkil edəcək.

Hazır kı, Changan UNI-K IDD təkrar doldurulan PHEV hibrid sistemi və ön ötürücü ilə təchiz olunub. Sürətlənməsi  0-100 km/s - 8.1 saniyədir. Transmissiya üç muftalı 7 pillə  DCT  sürətlər qutusudur. Dartma litium batareyasının gücü 30,7 kVt/saatdır. Təmiz elektrik enerjisi ilə IDD 130 km məsafə qət edə bilir və ümumi məsafəsi 1100 km-dir.

Modelin satış qiyməti 72.900 azn təşkil edir. İlkin ödəniş 20% olmaqla, illik faiz dərəcəsi 11% və komissiyasız şərtlərlə Changan UNI-K IDD Plug-in Hybrid modelini əldə etməyə tələsin.

Yeni UNI-K IDD "Plug-in Hybrid"modeli üçün istehsalçı tərəfindən rəsmi zəmanət 6 il və 150.000 km təqdim olunur.

Avtomobili şəxsən canlı şəkildə görmək, bütün özəlliklərini qiymətləndirmək üçün Changan Azəbaycana müraciət edin!

Ətraflı məlumat üçün:

*5544 

https://changan.az/

Ünvan: Babək pr., 74